Şənbə, 17 Oktyabr, 2026
Tarix: 17 Oct 2026 06:31
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo yeni mineral su brendinin yaradılmasına 10 milyon avro investisiya yatırıb.
APA xəbər verir ki, bu barədə “SIC Noticias” məlumat yayıb.
Layihənin digər tərəfdaşı olan “Grupo Outeirinho” şirkəti də eyni məbləğdə vəsait yatırıb. Beləliklə, ümumi investisiyanın 20 milyon avro təşkil edəcəyi, Ronaldo və şirkətin layihədəki paylarının hər birinin 50 faiz olacağı bildirilir.
Su qablaşdırma zavodunun tikintisi artıq Portuqaliyanın Braqansa bələdiyyəsində aparılır. Müəssisənin tikintisinin başa çatdırılması, məhsulun Portuqaliya və beynəlxalq bazarlara çıxarılması 2027-ci ilin sonunadək planlaşdırılır.
Yeni brendin hazırlanması ilə İtaliyanın dizayn şirkəti məşğul olur. Məlumata görə, layihənin həyata keçirilməsi mərhələli şəkildə onlarla yeni iş yerinin yaradılmasına imkan verəcək.
Şirkət, həmçinin Portuqaliya su bazarının 45 faizinə sahib olduğunu bildirir.
Portuqaliya Kriştiano Ronaldo mineral su
Mənbə: apa.az