ABŞ İrana növbəti hava zərbələri endirib - YENİLƏNİB

ABŞ İrana növbəti hava zərbələri endirib - YENİLƏNİB

Tarix: 19 Jul 2026 09:10

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Ali Baş Komandanın göstərişi ilə iyulun 18-də Şərq vaxtı ilə saat 23:30-da (Bakı vaxtı ilə 19 iyul saat 07:00) İrana qarşı növbəti zərbələr seriyasını həyata keçirib.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Qeyd edilib ki, ABŞ-ın ardıcıl səkkizinci gecə davam edən zərbələri zamanı İranın hərbi sahil müşahidə və hava hücumundan müdafiə obyektlərini, dəniz imkanlarını, eləcə də raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı məntəqələri uğurla vuraraq İranın hərbi potensialının zəiflədilməsi istiqamətində əməliyyatlar davam etdirilib: "ABŞ hərbi qüvvələri həmçinin iyulun 17-də İordaniyada ABŞ hərbçilərinə qarşı hücumlar həyata keçirən İslam İnqilabı Keşikçiləri Korpusu qüvvələrini də hədəfə alıb".

***

saat 05.07

ABŞ Silahlı Qüvvələri İran ərazisinə növbəti hava zərbələri endirməyə başlayıb.

APA xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

Bildirilib ki, əməliyyat ABŞ-ın şərq sahili vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə 19 iyul saat 02:00) başlayıb.

Məlumata görə, zərbələrin məqsədi İranın Hörmüz boğazında beynəlxalq ticarət gəmiçiliyinə təhdid yaratmaq imkanlarını zəiflətmək və İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) ötən gecə İordaniyada ABŞ hərbçilərinə qarşı həyata keçirilən hücumlara görə cəzalandırmaqdır.

ABŞ İran Hörmüz CENTCOM

Mənbə: apa.az

Xəbər Lenti