Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında minalanmış  ərazidə yanğın başlayıb

Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında minalanmış ərazidə yanğın başlayıb

Tarix: 19 Jul 2026 11:41

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Ağdam rayonu istiqamətində, Ağdam-Füzuli avtomobil yolunun yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Ağdam-Füzuli avtomobil yolu minalanmış ərazi yanğın

Mənbə: apa.az

Xəbər Lenti