Bazar, 19 İyul, 2026
Tarix: 19 Jul 2026 11:24
Ukrayna Ordusu Rusiyanın Belqorod vilayətinə dron zərbələri endirib, 2 nəfər ölüb.
APA xəbər verir ki, bu barədə vilayət qubernatoru səlahiyyətlərini icra edən Aleksandr Şuvayev “Telegram” kanalında məlumat verib.
Qeyd edilib ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiyanın Belqorod vilayətinə 96 hücum həyata keçirib. Hücumlar nəticəsində Belqorod və Qrayvoron dairələrində iki nəfər həlak olub, Belqorod və Şebekino dairələrində isə biri uşaq olmaqla doqquz nəfər yaralanıb.
Vilayət rəhbərinin sözlərinə görə, ötən sutka ərzində Ukrayna Silahlı Qüvvələri Belqorod şəhərinə, həmçinin Belqorod, Borisovka, Valuyki, Volokonovka, Qrayvoron, İvnya, Krasnaya Yaruga, Rakitnoye, Şebekino və Yakovlevka dairələrinə zərbələr endirib.
Ukrayna Ordusu Rusiya Belqorod dron
Mənbə: apa.az