Bərdədə Qarabağ kanalında 59 yaşlı kişi batıb

Bərdədə Qarabağ kanalında 59 yaşlı kişi batıb

Tarix: 19 Jul 2026 14:13

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə 17 iyul 2026-cı il tarixində Qarabağ kanalının Bərdə rayonu, Mirzalıbəyli kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Hazırda vətəndaş - 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bərdə Qarabağ kanalı batma boğulma

Mənbə: apa.az

Xəbər Lenti