AEBA: ABŞ-ın İranın AES-inə zərbəsindən sonra radiasiya sızması riski yoxdur

AEBA: ABŞ-ın İranın AES-inə zərbəsindən sonra radiasiya sızması riski yoxdur

Tarix: 19 Jul 2026 21:18

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ABŞ-ın İranın tikilməkdə olan Darxoveyn Atom Elektrik Stansiyasına endirdiyi zərbələrlə bağlı məlumatları araşdırır.

APA xəbər verir ki, bu barədə qurumun "X" hesabında məlumat yayılıb.

AEBA bildirib ki, obyekt tikintinin ilkin mərhələsində olduğundan və son yoxlama zamanı orada nüvə materialları olmadığından radiasiya sızması riski mövcud deyil.

Agentlik hadisə ilə bağlı İran hakimiyyəti ilə əlaqə saxladığını və əlavə məlumat əldə olunduqca açıqlama verəcəyini qeyd edib.

AEBA İran Darxoveyn AES

Mənbə: apa.az

Xəbər Lenti