Bazar ertəsi, 20 İyul, 2026
Tarix: 19 Jul 2026 22:53
ABŞ-ın "Boeing" şirkəti "Patriot" hava hücumundan müdafiə sisteminin PAC-3 raketləri üçün tuşlama başlıqlarının istehsalını gələn il 30 faiz artırmağı planlaşdırır.
Bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentliyin yazdığına görə, "Boeing" ötən il 650 tuşlama başlığı istehsal edib. Şirkət bu il istehsal həcmini 850-yə çatdırmağı, 2027-ci ildə isə artımı eyni templə davam etdirməyi nəzərdə tutur.
Məlumata əsasən, istehsalın artırılması ABŞ və müttəfiqlərinin hava hücumundan müdafiə sistemlərinə artan tələbatı fonunda həyata keçiriləcək.
ABŞ Boeing Patriot
Mənbə: apa.az