Bazar ertəsi, 20 İyul, 2026
Tarix: 20 Jul 2026 01:12
Avropada müşahidə olunan anomal istilər Macarıstanda Dunay çayında suyun səviyyəsinin kəskin enməsinə səbəb olub.
APA xəbər verir ki, bu barədə ölkənin Su Təsərrüfatı İdarəsi məlumat yayıb.
Məlumata görə, iyulun 19-da Budapeşt ərazisində Dunayın su səviyyəsi 2018-ci ilin oktyabrında qeydə alınan rekord minimum göstəricidən cəmi 24 santimetr yüksək olub. Bildirilir ki, aşağı su səviyyəsi gələn həftənin sonunadək davam edəcək və bu vəziyyət ölkənin cənub bölgələrində, o cümlədən Baya və Moxaç şəhərlərində də müşahidə olunur. Suyun azalması gəmiçiliyə, xüsusilə turizm kruizlərinə mənfi təsir göstərib.
Macarıstan Dunay istilər quraqlıq
Mənbə: apa.az