Çərşənbə axşamı, 21 İyul, 2026
Tarix: 20 Jul 2026 04:42
Elbrus dağında itkin düşən 11 yaşlı uşağın meyiti və xəsarət almış atası tapılıb.
TASS xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, onlar dağın şərq yamacında, təxminən 4,2 min metr yüksəklikdə aşkar ediliblər. Havanın qaralması və əlverişsiz hava şəraiti səbəbindən təxliyə əməliyyatı iyulun 20-nə təxirə salınıb.
Xəsarət alan şəxsin və həlak olan uşağın helikopterlə təxliyəsi planlaşdırılır.
Rusiya Elbrus hadisə
Mənbə: apa.az