Çərşənbə axşamı, 21 İyul, 2026
Tarix: 20 Jul 2026 04:21
Avropa İttifaqında Rusiyaya qarşı yeni sanksiyalara dəstək zəifləyir, çünki bir sıra üzv ölkələr məhdudiyyətlərin öz aparıcı şirkətlərinə mənfi təsir göstərə biləcəyindən ehtiyat edir.
Bu barədə "Financial Times" mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Avstriya, Almaniya, Yunanıstan, İtaliya, Portuqaliya və Fransa Rusiyaya qarşı 21-ci sanksiyalar paketində istisnalar tələb edib və ya Brüsselin təklif etdiyi bəzi tədbirlərə etiraz ediblər.
Bildirilir ki, Yunanıstan Rusiya mayeləşdirilmiş təbii qazının daşınmasına qadağanın ölkənin gəmiçilik şirkəti "Dynagas"a zərər vuracağını düşünür. Almaniya və Portuqaliya isə emal sənayesini qorumaq üçün Rusiya balığının idxalına qoyulan məhdudiyyətlərin yumşaldılmasını istəyir. Fransa və İtaliya rusiyalı vətəndaşlar üçün viza siyasətinin yüngülləşdirilməsinin tərəfdarıdır. Avstriya isə "Raiffeisen Bank" ilə əlaqəli aktivlərin dondurulmasının ləğvini yenidən gündəmə gətirib.
Aİ Rusiya sanksiyalar
Mənbə: apa.az