Çərşənbə axşamı, 21 İyul, 2026
Tarix: 20 Jul 2026 12:20
Ukrayna yenidən Qara dənizdə Qazaxıstan neftinin yükləndiyi tankerə hücum edib.
APA xəbər verir ki, bu barədə operator şirkət Xəzər Boru Kəməri Konsorsiumu (KTK) məlumat yayıb.
Bildirilib ki, pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücum zamanı yükləmə prosesində olan "NELSA" tankerinə zərbə endirilib.
Məlumata görə, zərbə nəticəsində tankerin arxa hissəsində göyərtədə və daxili bölmələrdə yanğın baş verib. Yanğın bir neçə saat ərzində söndürülüb və tanker üzmə qabiliyyətini qoruyub saxlayıb.
Hadisədən sonra neftin yüklənməsi dayandırılıb. Qeyd olunub ki, neft sızmasına yol verilməyib.
İlqar Xudiyev Qazaxıstan nefti tankerə dron hücumu Ukrayna Xəzər Boru Kəməri Konsorsiumu
Mənbə: apa.az