Tehran İran və ABŞ arasında vasitəçilik təkliflərinin irəli sürüldüyünü təsdiqləyib

Tehran İran və ABŞ arasında vasitəçilik təkliflərinin irəli sürüldüyünü təsdiqləyib

Tarix: 20 Jul 2026 11:56

Vasitəçilər tərəfindən yeni ideyalar təqdim olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai mətbuat konfransında deyib.

Bəqai bildirib ki, vasitəçilər tərəfindən müəyyən təkliflər irəli sürülüb və bu məlumat doğrudur: “Hazırda həmin təkliflərin detalları barədə danışmaq istəmirəm, lakin bəzi vasitəçilər tərəfindən müəyyən ideyalar təqdim olunub”.

Qeyd edək ki, ötən gün bəzi media orqanları Qətərin 10 günlük atəşkəs və Hörmüz boğazının yenidən açılması ilə bağlı təklif irəli sürdüyü barədə məlumat yayıblar.

Haşim Rahimi

Mənbə: apa.az

Xəbər Lenti