KİV: İstintaqın yekun nəticəsinə görə, Serj Sarkisyan Gümrüdəki tarixi qalanı qanunsuz satıb

KİV: İstintaqın yekun nəticəsinə görə, Serj Sarkisyan Gümrüdəki tarixi qalanı qanunsuz satıb

Tarix: 20 Jul 2026 15:30

Ermənistan İstintaq Komitəsi sabiq Prezident Serj Sarkisyanın müdafiə naziri vəzifəsində olarkən Gümrü şəhərində yerləşən, respublika əhəmiyyətli tarix-mədəniyyət abidəsi olan "Qara qala"nın (Sev Berd) özgəninkiləşdirilməsi ilə bağlı cinayət işi üzrə ibtidai istintaqı başa çatdırıb.

Bu barədə “Armenpress” məlumat yayıb.

İstintaqın nəticələrinə görə, Sarkisyan 2005-ci il mayın 11-də hökumətin müvafiq qərarı olmadan 626,45 kvadratmetr sahəsi olan qala və onun istifadəsi üçün ayrılmış 0,7 hektar torpaq sahəsini təxminən 22,95 milyon drama birbaşa fiziki şəxsə satıb.

İstintaq hesab edir ki, bu addım nəticəsində dövlət respublika əhəmiyyətli tarix-mədəniyyət abidəsinə mülkiyyət hüququnu itirib. Sarkisyana vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olmaq maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi ittiham aktı ilə birlikdə baxılması üçün prokurorluğa göndərilib.

İlqar Xudiyev Sarkisyana qarşı cinayət işi Ermənistan

Mənbə: apa.az

Xəbər Lenti