Pentaqon İranın zərbələri nəticəsində İordaniyada iki ABŞ hərbçisinin həlak olduğunu təsdiqləyib

Pentaqon İranın zərbələri nəticəsində İordaniyada iki ABŞ hərbçisinin həlak olduğunu təsdiqləyib

Tarix: 20 Jul 2026 21:43

Pentaqon iyulun 17-də İranın İordaniyadakı aviabazaya endirdiyi raket zərbəsi nəticəsində iki ABŞ hərbçisinin həlak olduğunu təsdiqləyib.

APA xəbər verir ki, həlak olanlar Texas ştatından olan 19 yaşlı sıravi əsgər İzabella Qonsales və Havaydan olan 25 yaşlı birinci leytenant Tayler Ceyms Fihan olub.

Qonsales hücum günü aldığı ağır yaralardan ölüb. Fihan isə hücum zamanı yaralanıb və iyulun 18-də aldığı xəsarətlərdən dünyasını dəyişib.

Pentaqon bildirib ki, hər iki hərbçi ABŞ-ın regiondakı hərbi kontingentinin tərkibində xidmət edirdi.

Qeyd olunub ki, onların ölümü İranın Yaxın Şərqdə ABŞ obyektlərinə endirdiyi birbaşa zərbənin ən ağır nəticələrindən biri hesab olunur.

ABŞ İran İordaniya Pentaqon
Pentaqon İranın zərbələri nəticəsində İordaniyada iki ABŞ hərbçisinin həlak olduğunu təsdiqləyib
Pentaqon İranın zərbələri nəticəsində İordaniyada iki ABŞ hərbçisinin həlak olduğunu təsdiqləyib

Mənbə: apa.az

Xəbər Lenti