Çərşənbə axşamı, 21 İyul, 2026
Tarix: 21 Jul 2026 10:25
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə ABŞ-yə məxsus kommersiya obyektinə zərbə endirdiyini iddia edir.
APA xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatını yarırrəsmi "Tasnim" agentliyi yayıb.
Bəyanatda bildirilib ki, SEPAH-ın Aerokosmik Qüvvələri qanadlı raketlərlə Amazon şirkətinin mərkəzi məlumat infrastrukturunu vurub.
SEPAH iddia edib ki, hücum ABŞ-nin son günlər Darkhovin bölgəsində mülki infrastruktura endirdiyi zərbələrə cavab olaraq həyata keçirilib.
ABŞ və Bəhreyn rəsmiləri isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
Tasnim İran Amazon Bəhreyn məlumat infrastrukturuMənbə: apa.az