İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

İsmayıllıda iki maşın toqquşub, bir nəfər ölüb

Tarix: 21 Jul 2026 11:37

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə İsmayıllı rayonunun Uştal kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri qəza yerinə cəlb olunublar. Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Toyota" və “ВАЗ” markalı iki minik avtomobili toqquşub, 1 nəfər sıxılı vəziyyətdə qalıb. Həyata keçirilən tədbirlər nəticəsində deformasiya olmuş avtomobildən 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Selcan Zaurqızı Fövqəladə Hallar Nazirliyi qəza

Mənbə: apa.az

Xəbər Lenti