Çərşənbə axşamı, 21 İyul, 2026
Tarix: 21 Jul 2026 12:44
İsrail rəhbərliyi ABŞ administrasiyasını İrana qarşı genişmiqyaslı hərbi əməliyyatları yenidən başlamağa inandırmağa çalışır.
Bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, İsrail tərəfi ABŞ-yə İranın Natanz yaxınlığındakı Kirka dağı altında yerləşən yeraltı tunellərə uranın zənginləşdirilməsi üçün istifadə olunan sentrifuqaları köçürdüyünə dair kəşfiyyat məlumatları təqdim edib. Bildirilir ki, İsrail kəşfiyyatının qiymətləndirməsinə əsasən, həmin tunellərin dərinliyi 140 metrə çatır.
Qeyd olunur ki, İsrail rəhbərliyi bu məlumatların Vaşinqtonun İrana münasibətdə növbəti addımlarına təsir göstərəcəyini və ABŞ-ni İranın raket potensialının daha da zəiflədilməsi, eləcə də nüvə proqramı ilə əlaqəli obyektlərin məhv edilməsinə yönəlmiş yeni zərbələrə sövq edəcəyini gözləyir.
"WSJ" yazır ki, 2025-ci ilin iyununda və bu ilin yazında həyata keçirilən əvvəlki zərbələr zamanı Kirka dağı ərazisi prioritet hədəflər siyahısına daxil edilməmişdi.
Xatırladaq ki, ABŞ və İran iyunda hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan memorandum imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə Vaşinqton İranı Hörmüz boğazı ilə bağlı razılaşmanın şərtlərini pozmaqda ittiham edərək ölkəyə qarşı genişmiqyaslı zərbələri bərpa etdiyini açıqlayıb.
İsrail ABŞ İran genişmiqyaslı zərbələr Kirka dağıMənbə: apa.az