Cəlilabadda avtomobil aşıb, bir ailənin 4 üzvü xəsarət alıb

Cəlilabadda avtomobil aşıb, bir ailənin 4 üzvü xəsarət alıb

Tarix: 21 Jul 2026 13:01

Cəlilabad rayonunda yol qəzası baş verib.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə rayonun Əsədli kəndində qeydə alınıb.

Həkətdə olan "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək aşıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb.

Yaralılar rayon xəstəxanaya hospitalizasiya olunublar.

Xəsarət alanların bir ailənin üzvləri, Şatırlı kənd sakinləri - 1985-ci il təvəllüdlü Kəmalə Rüstəmova, 13 və 11 yaşlı qızları və 7 yaşlı oğlu olduğu bildirilir.

İlkin Rzayev Cəlilabad yol qəza xəsarət

Mənbə: apa.az

Xəbər Lenti