Özgür Özel CHP ilə vidalaşıb, yeni partiya yaradacağını açıqlayıb

Özgür Özel CHP ilə vidalaşıb, yeni partiya yaradacağını açıqlayıb

Tarix: 21 Jul 2026 15:45

Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş sədri Özgür Özel partiyanın bugünkü qrup iclasında CHP ilə vidalaşdığını və yeni siyasi partiya yaradacağını açıqlayıb.

APA-nın Türkiyə bürosunun xəbərinə görə, Özəl yeni siyasi təşkilatın "Yeni Partiya" adı ilə fəaliyyət göstərəcəyini bildirib.

Çıxışında siyasi mübarizəni davam etdirəcəklərini vurğulayan Özel deyib: "Hər şey bitəndə heç vaxt unutqan olmayacağıq. Dost olanı dost, olmayanı isə bu günlərdəki münasibətini unutmadan xatırlayacağıq. Tarix hər kəsi bu günlərdə necə davranıbsa, elə də yazacaq".

Məlumata görə, Özel və komandası yeni partiyanın Türkiyənin əsas müxalifət qüvvəsinə çevrilməsini hədəfləyir. Bunun üçün CHP-nin 135 millət vəkilindən ən azı 68-nin yeni partiyaya qoşulması tələb olunur. Siyasi kulislərdə isə bu prosesə 80 deputatın qatılacağı iddia edilir.

Qeyd edək ki, apellyasiya məhkəməsinin CHP qurultayının nəticələri ilə bağlı "mütləq butlan" qərarından sonra sədr vəzifəsindən uzaqlaşdırılan Özgür Özel daha sonra partiyanın millət vəkilləri tərəfindən CHP Qrup sədri seçilmişdi.

Dəryanur Cəfərova Cümhuriyyət Xalq Partiyası Özgür Özel

Mənbə: apa.az

Xəbər Lenti