Çərşənbə axşamı, 21 İyul, 2026
Tarix: 21 Jul 2026 17:32
Fövqəladə Hallar Nazirliyi Bərdədə kanalda batan şəxsin meyitinin tapılması barədə məlumat yayıb.
FHN-İN Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 17 iyul tarixində Qarabağ kanalının Bərdə rayonundan keçən hissəsində batan 1967-ci il təvəllüdlü Bünnətov Rəsul İbiş oğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən batdığı yerdən təxminən 40 km aralı, Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
15.10
Bərdə rayonu ərazisindən keçən Yuxarı Qarabağ kanalında bir neçə gün əvvəl batan şəxsin meyiti tapılıb.
APA-nın xəbərinə görə, 1967-ci il təvəllüdlü Rəsul Binnatovun meyiti Fövqəladə Hallar Nazirliyinin Aran Regional Mərkəzinin dalğıc-axtarış-xilasetmə qrupu tərəfindən sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
Elgün Gəncimsoy Bərdə Yuxarı Qarabağ kanalı
Mənbə: apa.az