Çərşənbə, 22 İyul, 2026
Tarix: 21 Jul 2026 21:32
İsrail ordusu Qəzza zolağının cənubunda nəqliyyat vasitəsində silah daşıyan Fələstin “İslami Cihad” qrupundan olan şəxslərə qarşı hava hücumu həyata keçirib.
APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat yayıb.
"Qəzza zolağının cənubunda fəaliyyət göstərən İMQ qoşunları bir nəqliyyat vasitəsinə silah yükləyən bir neçə silahlı şəxsi müəyyən edib. Silahlar əsgərlərə qarşı hücumlarda istifadə üçün nəzərdə tutulmuşdu. Onları müəyyən etdikdən sonra İMQ təhlükəni aradan qaldırmaq üçün nəqliyyat vasitəsinin içindəki terrorçulara qarşı hava hücumu həyata keçirib", - məlumatda deyilir.
İsrail QəzzaMənbə: apa.az