Çərşənbə, 22 İyul, 2026
Tarix: 22 Jul 2026 10:39
Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Oleksandr Sırski vəzifədən ayrıldıqdan sonra ilk açıqlamasını verib.
APA xəbər verir ki, Sırski varisinə müdafiə ilə yanaşı, hücum əməliyyatları aparan bir ordu təhvil verdiyini bildirib.
"İki il əvvəl ağır müdafiə döyüşləri aparan ordu bu gün hücum edir. Mən varisimə təkcə müdafiə olunan deyil, həm də hücum vəziyyətində olan ordu təhvil verirəm", - deyə o vurğulayıb.
Keçmiş baş komandan qeyd edib ki, onun rəhbərliyi altında bu il Ukrayna qüvvələri 700 kvadrat kilometr ərazini azad edib.
Sırskinin sözlərinə görə, 2024-cü ilin fevralında vəzifəyə başladıqdan sonra ilk qərarlarından biri Avdeyevkadan qoşunların nizamlı şəkildə çıxarılması olub. O bildirib ki, bu qərarın əsas məqsədi hərbçilərin həyatını qorumaq idi.
Sırski həmçinin bəyan edib ki, onun rəhbərliyi dövründə Ukrayna qüvvələri Xarkov və Sumı istiqamətlərində Rusiya ordusunun hücumlarını dayandırıb, Kursk əməliyyatı zamanı isə döyüşlər ilk dəfə Rusiya ərazisinə keçirilib.
Keçmiş baş komandan əlavə edib ki, rəhbərliyi dövründə Ukrayna ordusunda pilotsuz sistemlər üzrə ayrıca qoşun növü yaradılıb, hava hücumundan müdafiə imkanları genişləndirilib və ordu korpus sistemi əsasında yenidən təşkil olunub.
Qeyd edək ki, iyulun 21-də Ukrayna Prezidenti Volodimir Zelenski Mixail Drapatını Ukrayna Silahlı Qüvvələrinin yeni baş komandanı təyin edib.
Oleksandr Sırski Ukrayna Silahlı Qüvvələri keçmiş baş komandanMənbə: apa.az