Çərşənbə, 22 İyul, 2026
Tarix: 22 Jul 2026 09:46
Ukrayna ordusu Rusiyanın Krasnodar diyarına kütləvi dron hücumu edib.
APA xəbər verir ki, bu barədə vilayət qubernatoru Veniamin Kondratyev bildirib. Onun sözlərinə görə, ötən gecə Krasnodar diyarına kütləvi dron hücumu nəticəsində bir nəfər ölüb, 10 nəfər yaralanıb.
Xəsarət alanlardan üç nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Rusiya Krasnodar dron hücumu Ukrayna
Mənbə: apa.az