"Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb

"Arzum 9999" ləqəbli tiktoker ev dustaqlığına buraxılıb

Tarix: 22 Jul 2026 12:41

Paytaxtın Xəzər rayonunda ölümlə nəticələnən avtoqəza törətməkdə təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, baxış iclası iyulun 31-nə təyin edilib.

Müdafiə vəkilləri tərəfindən verilən vəsatət təmin edilib, İlduzə Hacıyeva ev dustaqlığına buraxılıb.

Qeyd edək ki, hadisə ötən ilin iyununda paytaxtın Xəzər rayonunun Mərdəkan qəsəbəsində baş verib. Məlumata görə, İlduzə Hacıyeva avtomobili ilə dönmə əməliyatı yerinə yetirərkən arxadan sürətlə gələn maşının qarşısına çıxıb və həmin maşın idarəetməni itirərək qəza törədib. Qəza nəticəsində 1 nəfər ölüb, digəri şəxs isə ağır xəsarət alıb.

İlduzə Hacıyeva barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib və ona Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və ya nəqliyyat vasitəsinin istismarı qaydalarının pozulması - ölümlə nəticələndikdə) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə yekun ittiham irəli sürülüb.

"Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyeva məhkəmə apellyasiya ev dustaqlığı

Mənbə: apa.az

Xəbər Lenti