Ankarada təlim helikopterinin qəzaya uğraması nəticəsində polkovnik ölüb - YENİLƏNİB

Ankarada təlim helikopterinin qəzaya uğraması nəticəsində polkovnik ölüb - YENİLƏNİB

Tarix: 22 Jul 2026 14:07

Türkiyədə baş verən helikopter qəzasında istefada olan polkovnik, pilot Yasaözden Bakkal həlak olub.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə ədliyyə naziri Akın Gürlek məlumat yayıb.

Onun sözlərinə görə, qəza nəticəsində Hərbi Hava Qüvvələrinin mayoru Bilgehan Kurtoğlu da yaralanıb.

Faktla bağlı Ankara Qərb Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb.

***

11.37

Ankaranın Sincan rayonunda təlim helikopteri qəzaya uğrayıb.

APA-nın Türkiyə bürosu yerli KİV-ə istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər yaralanıb.

Hadisə yerinə xilasedici qruplar cəlb olunub.

Dəryanur Cəfərova Ankara təlim helikopteri qəza

Mənbə: apa.az

Xəbər Lenti