Çərşənbə, 22 İyul, 2026
Tarix: 22 Jul 2026 13:53
Xaçmaz rayonunda kanalda meyit aşkarlanıb.
APA-nın Şimal bürosunun məlumatına görə, hadisə rayonun Ağaşirinoba kəndi ərazisində qeydə alınıb.
Meyiti tapılan şəxsin 1960-cı il təvəllüdlü Xudat şəhər sakini Leyla Ağamalıyeva olduğu müəyyən edilib.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Xanım Məmmədova Xaçmaz kanal ölüm faktı
Mənbə: apa.az