Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq

Tramp: İran bu andan Hörmüz boğazında hər hansı gəmiyə atəş açarsa, ABŞ körpü və ya elektrik stansiyalarını vuracaq

Tarix: 22 Jul 2026 17:10

ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmilərə qarşı hər hansı silahlı hücumu olacağı təqdirdə ABŞ-ın cavab zərbələri endirəcəyini bəyan edib.

APA xəbər verir ki, Donald Tramp bu barədə "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

“Bu andan etibarən İran İslam Respublikası Hörmüz boğazında hər hansı bir gəmiyə raket, reaktiv mərmi, pilotsuz uçuş aparatı və ya hər hansı digər qurğu və yaxud silahla atəş açdığı hər dəfə, Birləşmiş Ştatlar paytaxt Tehranda və ya onun yaxınlığında yerləşənlər də daxil olmaqla, bir körpünü və ya elektrik stansiyasını bombalayaraq məhv edəcək. Bu məsələyə diqqət yetirdiyiniz üçün təşəkkür edirəm!”, - deyə Tramp bildirib.

Mənbə: apa.az

Xəbər Lenti