İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib

İran Trampa cavab olaraq ABŞ-a bağlı infrastruktur və enerji obyektlərini vurmaqla hədələyib

Tarix: 22 Jul 2026 18:38

İran ABŞ-ın ölkədəki körpülərə və ya elektrik stansiyalarına hücum edəcəyi təqdirdə regionda Vaşinqtonun maraqları ilə əlaqəli bir neçə infrastruktur və enerji obyektinə zərbələr endirəcəyini bildirib.

APA xəbər verir ki, bunu İran Silahlı Qüvvələrindəki mənbə açıqlayıb.

Mənbənin kimliyi və mümkün hədəflər barədə əlavə məlumat verilməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp İranın Hörmüz boğazında gəmilərə qarşı hər hansı silahlı hücumu olacağı təqdirdə ABŞ-ın cavab zərbələri endirəcəyini bəyan edib.

Tramp "Truth Social" sosial şəbəkəsində yazıb ki, bu andan etibarən İran İslam Respublikası Hörmüz boğazında hər hansı bir gəmiyə raket, reaktiv mərmi, pilotsuz uçuş aparatı və ya hər hansı digər qurğu və yaxud silahla atəş açdığı hər dəfə, Birləşmiş Ştatlar paytaxt Tehranda və ya onun yaxınlığında yerləşənlər də daxil olmaqla, bir körpünü və ya elektrik stansiyasını bombalayaraq məhv edəcək.

Mənbə: apa.az

Xəbər Lenti