Cümə axşamı, 23 İyul, 2026
Tarix: 23 Jul 2026 09:29
Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında görüş keçirilib.
APA-nın Rusiya bürosu xəbər verir ki, görüş Fillipinin paytaxtı Manilada keçirilən ASEAN sammiti çərçivəsində başa tutub.
Lavrov-Rubio danışıqları 35 dəqiqə davam edib
Rusiya mətbuatı diplomatik mənbələrə istinadən yazıb ki, görüş ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub və ABŞ nümayəndə heyətinə Hindistandakı səfir Serjio Qor və Dövlət katibinin siyasi məsələlər üzrə müavini Allison Huker də daxil olub.
Fərid ƏkbərovMənbə: apa.az