ABŞ dövlət katibi: Husilər İranın təsiri altında Səudiyyə Ərəbistanını hədəfə alırlar

ABŞ dövlət katibi: Husilər İranın təsiri altında Səudiyyə Ərəbistanını hədəfə alırlar

Tarix: 23 Jul 2026 13:17

"Husilər ağıllı davranaraq bütün münaqişə boyunca kənarda qalmışdılar. İndi isə görünür ki, İran onları bu məsələyə cəlb edib.”

APA xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada keçirilən ASEAN xarici işlər nazirlərinin toplantısı çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Rubionun sözlərinə görə, husilər hazırda Səudiyyə Ərəbistanını və ona məxsus gəmiləri hədəfə alırlar: "Onlar Səudiyyə Ərəbistanını, eləcə də onun gəmilərini hədəfə alırlar", - ABŞ dövlət katibi vurğulayıb.

Rubio qeyd edib ki, bir neçə saat əvvəl yayılan məlumatlarda Çin bayrağı altında üzən, Səudiyyə Ərəbistanına məxsus yanacaq gəmisindən bəhs olunurdu.

"Bu, Çin gəmisidir. Əgər onu da vuracaqlarsa, bu, artıq Çin üçün problemə çevriləcək. Bu, bütün dünya üçün problem olacaq", - deyə o bildirib. ABŞ dövlət katibi vəziyyətin deeskalasiya olunacağına və husilərin bu addımlardan imtina edəcəyinə ümid etdiyini bildirib.

"Onlar kənarda qalmaqla düzgün addım atmışdılar. Elə kənarda da qalmalı və bu hərəkətləri dayandırmalıdırlar", - Rubio deyib

ABŞ dövlət katibi Marko Rubio İran Səudiyyə Ərəbistanı

Mənbə: apa.az

Xəbər Lenti