​​​​​​​Cəlilabadda 21 yaşlı oğlan hovuzda boğulub

​​​​​​​Cəlilabadda 21 yaşlı oğlan hovuzda boğulub

Tarix: 23 Jul 2026 14:19

Cəlilabad rayon sakini suvarma hovuzunda boğulub.

APA-nın cənub bürosunu verdiyi xəbərə görə, hadisə rayon mərkəzində yerləşən meyvə bağında baş verib. Rayon sakini olan 2005-ci il təvəllüdlü Kənan Mahmudlu sərinləmək məqsədilə suvarma hovuzuna girib və suda batıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.

Xilasedicilər tərəfindən aparılan axtarışlar zamanı 21 yaşlı oğlanın meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

İlkin Rzayev Cəlilabad hovuz boğulma

Mənbə: apa.az

Xəbər Lenti