Cümə, 24 İyul, 2026
Tarix: 23 Jul 2026 23:48
Böyük Britaniya hökuməti İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) ABŞ bombardmançı təyyarələrinin Britaniya bazalarından istifadə etməsinə görə həmin bazaları "qanuni hədəf" adlandırmasından sonra ölkənin silahlı qüvvələrinin istənilən hücumu dəf etməyə hazır olduğunu açıqlayıb.
APA xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
"Silahlı Qüvvələrimiz istər ölkə daxilindən, istərsə də xaricdən gələn istənilən təhlükəyə qarşı Böyük Britaniyanın təhlükəsizliyini təmin etməyə hazırdır. Biz sutkanın 24 saatı özümüzü müdafiə etməyə hazırıq", - məlumatda deyilir.
Qeyd edək ki, İran Xarici İşlər Nazirliyi Böyük Britaniya hökumətinin ABŞ-ın İrana qarşı hərbi əməliyyatlarında ölkənin hərbi bazaları və digər imkanlarından istifadəyə icazə verməsi ilə bağlı qərarını kəskin pisləyərək İran ərazisinə hücumların həyata keçirilməsi üçün istifadə olunan istənilən hərbi bazanın Tehran tərəfindən “legitim hədəf” hesab olunduğunu bildirib.
Britaniya SEPAH İran
Mənbə: apa.az