Cümə, 24 İyul, 2026
Tarix: 24 Jul 2026 01:30
"Azərbaycan, Türkiyə, Mərkəzi Asiya ölkələri bizim rolumuzdan danışır. Bu, təəccüblü ola bilər, lakin Çin də bundan danışır".
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixeil Kavelaşvili "İmedi" telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, bu ölkələrin Gürcüstana göstərdiyi ləyaqətli münasibət nümunəvidir.
Kavelaşvili Gürcüstanın milli maraqlara əsaslanan xarici siyasət yürütdüyünü qeyd edib.
"Biz milli maraqları formalaşdırmaqla qarşılıqlı etimada, qarşılıqlı hörmətə və qarşılıqlı faydaya əsaslanan siyasət aparmağa çalışırıq. Mən bütün ölkələrlə bu prinsiplərə söykənən münasibətlər qurmağa hazıram", - o əlavə edib.
Cəmilə Babayeva Gürcüstan KavelaşviliMənbə: apa.az