Cümə, 24 İyul, 2026
Tarix: 24 Jul 2026 07:18
Suriya həm itkin düşən şəxslərin ümumi sayı, həm də əhali nisbətinə görə dünyada ən çox itkin şəxsin olduğu ölkələrdən biridir.
APA xəbər verir ki, bunu BMT Baş katibinin köməkçisi və BMT Baş Assambleyasının yaratdığı Suriyada İtkin Şəxslərin Axtarışı üzrə Müstəqil Qurumun rəhbəri Karla Kintana bildirib.
Kintana qeyd edib ki, Suriyada dağıdılmış şəhərlərin bərpası ilə yanaşı, yüz minlərlə itkin şəxsin taleyinin araşdırılması ölkənin üzləşdiyi ən ciddi problemlərdən biridir.
Onun sözlərinə görə, Suriyada demək olar ki, hər ailənin itkin düşmüş yaxını var və ya itkin düşmüş birini tanıyır.
O vurğulayıb ki, itkin şəxslərin axtarışı tək bir qurumun öhdəsindən gələ biləcəyi iş deyil və bunun üçün milli və beynəlxalq səviyyədə koordinasiyalı əməkdaşlıq tələb olunur.
Bu məqsədlə Suriya ilə yanaşı Türkiyə, Livan, İordaniya, Almaniya və digər ölkələrdə yaşayan suriyalı diasporla da iş aparılır və indiyədək 70 mindən çox sənəd araşdırılıb.
BMT Suriya itkin
Mənbə: apa.az