Ukrayna dronlarının hücumu nəticəsində Leninqradda “Wildberries” şirkətinin anbarlarında yanğın olub

Ukrayna dronlarının hücumu nəticəsində Leninqradda “Wildberries” şirkətinin anbarlarında yanğın olub

Tarix: 24 Jul 2026 08:55

Ukrayna dronlarının hücumu nəticəsində Leninqrad vilayətində “Wildberries” şirkətinin anbarlarında yanğın baş verib.

APA xəbər verir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Drozdenko məlumat verib.

Bundan başqa Kirovski rayonunun Sinyavino kəndindəki quşçuluq fermasında anbarın uçması qeydə alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Ukrayna Silahlı Qüvvələrinin dronları Sankt-Peterburqa yönəldilib. Nəticədə Moskva şosesində yerləşən mülki obyektlərə zərbələr endirilib.

Leninqrad vilayətində Hava Hücumundan Müdafiə sistemləri tərəfindən 59 dronun vurulduğu bildirilir.

Mənbə: apa.az

Xəbər Lenti