Cümə, 24 İyul, 2026
Tarix: 24 Jul 2026 10:42
Rusiya ordusu gecə saatlarında Ukraynanın Odessa, İzmail və Nikolayev limanlarındakı hərbi təyinatlı infrastruktur obyektlərinə zərbələr endirdiyini açıqlayıb.
Rusiya mediasının yaydığı məlumata görə, Odessa limanında Ukrayna Silahlı Qüvvələri üçün nəzərdə tutulduğu iddia edilən yanacaq-sürtkü materialları anbarları vurulub.
Məlumata əsasən, İzmail limanında hərbi yüklərin boşaldılması və saxlanılması üçün istifadə olunduğu iddia edilən liman infrastrukturu, o cümlədən "Magura" tipli dəniz pilotsuz aparatlarının (BEK) saxlanıldığı üç anbar, Ukrayna ordusunun texnikasının yerləşdiyi anqar və dəniz dronlarının saxlanılması və suya buraxılması üçün istifadə olunan üzən dok hədəfə alınıb.
Həmçinin bildirilib ki, Nikolayev limanında hərbi təyinatlı yük daşıdığı iddia edilən gəmi boşaldılma zamanı vurulub.
Mənbə: apa.az