Madriddə meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan olunub

Madriddə meşə yanğınları ilə əlaqədar fövqəladə vəziyyət elan olunub

Tarix: 24 Jul 2026 10:12

İspaniya hakimiyyəti meşə yanğınları ilə əlaqədar Madrid icmasında və Kastiliya və Lion icmasının Avila əyalətində fövqəladə vəziyyət elan edib.

APA xəbər verir ki, bu barədə İspaniya Krallığının Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada deyilir ki, yanğınlarla əlaqədar Madird və Avilada fövqəladə vəziyyət elan edilib, alovun sürətlə yayılması ilə əlaqədar 10 mindən çox insan təxliyə olunub.

Madrid icmasının xilasetmə xidmətindən isə bildirilib ki, yanğınların lokallaşdırılması və nəzarət altına alınması hələlik mümkün olmayıb.

Bununla yanaşı, ölkənin demək olar bütün ərazisində yüksək yanğın təhlükəsi riski qalır.

Mənbə: apa.az

Xəbər Lenti