Şənbə, 25 İyul, 2026
Tarix: 24 Jul 2026 11:46
Gilan vilayətinin administrasiyası ABŞ-ın İnqilab Keşikçiləri Korpusunun dəniz qüvvələrinin Zibakənar şəhərində yerləşən qərargahına raket hücumu etdiyini bildirib.
APA-nın Tehran bürosunun məlumatına görə, məlumata əsasən, hücum bu gün səhər saatlarında baş verib və nəticədə həmin kompleksdə yerləşən avadanlıqların bir hissəsinə ziyan dəyib.
Gilan vilayətinin administrasiyası qeyd edib ki, indiyədək insan tələfatı barədə heç bir məlumat daxil olmayıb və hadisənin müxtəlif aspektləri araşdırılır.
Haşim RahimiMənbə: apa.az