Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan edib

Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan edib

Tarix: 24 Jul 2026 10:48

Rusiya Ermənistandan süd məhsullarının idxalını qadağan edib.

APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rosselxoznadzor (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) məlumat yayıb.

Bildirilib ki, qurum bir neçə müəssisədə aparılan yoxlamalardan sonra Ermənistandan süd məhsullarının idxalını qadağan edib.

"14-21 iyul tarixlərində aparılan yoxlamalar zamanı qurum Rusiyaya göndərilən məhsulların istehsalında yoluxmuş mal-qaranın südündən istifadə edildiyini təsdiqləyib. Ermənistan Baytarlıq Xidmətinin yerli xammaldan və ya Avrasiya İqtisadi İttifaqı müəssisələrindən xammaldan istifadə ilə bağlı əvvəlki vədlərinə baxmayaraq, Rusiya bazarı üçün yüksək yağlı məhsulların istehsalı üçün üçüncü ölkələrdən xammaldan istifadə halları təsdiqlənib", - Xidmətin yaydığı məlumatda qeyd olunub.

Fərid Əkbərov

Mənbə: apa.az

Xəbər Lenti