Bu il ölkədə 15420 cinayət qeydə alınıb

Bu il ölkədə 15420 cinayət qeydə alınıb

Tarix: 24 Jul 2026 15:36

Bu ilin birinci yarımilində ölkə ərazisində 15420 cinayət qeydə alınıb.

APA xəbər verir ki, bu barədə prokurorluq orqanlarında 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair geniş kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, onların 90,7 %-nin açılması təmin edilmiş, ümumilikdə ölkə üzrə cəmi 7893 cinayət işinin istintaqı tamamlanmışdır ki, onlardan da 470-i prokurorluq orqanlarında istintaq edilmişdir.

Prokurorluq orqanları tərəfindən 269, ümumilikdə isə digər istintaq qurumları ilə birgə 5511 cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq baxılması üçün məhkəmələrə göndərilib.

Mənbə: apa.az

Xəbər Lenti