Cümə, 24 İyul, 2026
Tarix: 24 Jul 2026 15:53
Ermənistan tərəfinin apardığı mina terroru nəticəsində 2026-cı ilin birinci yarımilində mina və partlamamış hərbi sursat partlayışları nəticəsində 2 nəfər həlak olub, 11 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.
APA xəbər verir ki, bu barədə Baş Prokurorluqda 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Kollegiya iclasında bildirilib.
Qeyd edilib ki, 2020-ci ilin noyabr ayından hazırki vaxtadək isə ümumilikdə 430 şəxs bu terrorun qurbanı olub. Onlardan 73 nəfəri həlak olub, 357 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Selcan Zaurqızı Baş Prokurorluq Kamran Əliyev kollegiya iclası mina
Mənbə: apa.az