Bu il 33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib

Bu il 33 təqsirləndirilən şəxs Azərbaycana ekstradisiya edilib

Tarix: 24 Jul 2026 15:48

Cari ildə Baş Prokurorluğun Beynəlxalq hüquqi əməkdaşlıq idarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində 33 təqsirləndirilən şəxsin ölkə xaricindən ekstradisiyası təmin edilib.

APA xəbər verir ki, bu barədə Baş Prokurorluğun 2026-cı ilin birinci yarısında görülmüş işlərin yekunlarına dair Kollegiya iclasında bildirilib.

Qeyd olunub ki, müvafiq məhkəmə qərarları əsasında xarici ölkələr tərəfindən beynəlxalq axtarışa verilmiş 13 şəxsin aidiyyəti üzrə təhvil verilməsi də təmin edilib.

Selcan Zaurqızı təqsirləndirilən şəxs ekstradisiya

Mənbə: apa.az

Xəbər Lenti