Hacıqabulda qatar yoluna çıxan 53 yaşlı kişi həyatını itirib - YENİLƏNİB

Hacıqabulda qatar yoluna çıxan 53 yaşlı kişi həyatını itirib - YENİLƏNİB

Tarix: 25 Jul 2026 10:50

Bu gün gecə saatlarında Atbulaq-Pirsaat sahəsində hərəkətdə olan sərnişin qatarının qarşısına qəflətən bir nəfər kişi çıxıb. Maşinist tərəfindən təcilli tormozlama aparılsa da, məsafə az olduğundan toqquşma hadisəsi qaçılmaz olub və həmin şəxs həyatını itirib.

Bu barədə APA-ya "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, hadisə ilə bağlı araşdırma aparılır.

ADY bir daha vətəndaşlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırıb:

"Nəzərə almaq lazımdır ki, yol hər zaman qatarındır. Təəssüf ki, sürücü və piyadaların diqqətsizliyi, tələskənliyi, qaydalara laqeyd münasibət arzuolunmaz hallara səbəb olur.

Unutmaq olmaz ki, qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır".

***

04.21

Hacıqabulda qatar 53 yaşlı kişini vuraraq öldürüb

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib.

Belə ki, Bakı-Gürcüstan sürət qatarı Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Ataşov Arif Şirin oğlunu vuraraq öldürüb.

Meyit tanınmaz hala düşüb. Faktla bağlı araşdırma aparılır.

Əlibəy Zeynallı qatar Hacıqabul

Mənbə: apa.az

Xəbər Lenti