İsrail Qəzzada üç HAMAS komandirinin öldürüldüyünü açıqlayıb

İsrail Qəzzada üç HAMAS komandirinin öldürüldüyünü açıqlayıb

Tarix: 26 Jul 2026 00:21

İsrail Müdafiə Qüvvələri (İMQ) Qəzza zolağında hava hücumları zamanı iki HAMAS kəşfiyyat komandirini və təşkilatın “Nuhba” bölməsinin komandirini zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

"Qəzza zolağının şimalında hava hücumları zamanı HAMAS-ın hava kəşfiyyat tağımının komandiri Raed Əl-Amsini və həmçinin təşkilatın Qəzza briqadasının hərbi kəşfiyyat şöbəsinin rəisi Nabhan əl-Amsini öldürdü. Qəzza zolağının mərkəzində 7 oktyabr 2023-cü ildə Kisufim Kibutzuna hücumda iştirak edən HAMAS-ın “Nuhba” bölməsinin komandiri Mahmud Əbu Qəzal da öldürüldü", - məlumatda deyilir.

Nazirliyin məlumatına görə, öldürülən şəxslər müharibə boyunca və son aylarda İsrail əsgərlərinə və mülki şəxslərə qarşı terror hücumları törətmək məqsədi ilə hərəkət ediblər.

İsrail HAMAS Qəzza

Mənbə: apa.az

Xəbər Lenti