Bazar, 26 İyul, 2026
Tarix: 26 Jul 2026 01:33
Ukraynanın müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, şənbə günü səhər saatlarında Ukrayna ordusunun Xəzər dənizində İranın ticarət gəmisinə hücumu nəticəsində bir dənizçinin həlak olmasından və bir neçə nəfərin yaralanmasından sonra, Ukraynanın Tehrandakı müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.
Nazirin köməkçisi və Avrasiya üzrə baş direktor Menuçehr Moradi Ukraynanın müvəqqəti işlər vəkilini qəbul edib.
Görüş zamanı Tehranın bu hadisə ilə bağlı kəskin etirazı Ukrayna tərəfinə çatdırılıb.
Bildirilib ki, İranın ticarət gəmisinə Xəzər dənizində hücum edilməsi BMT Nizamnaməsinin əsas prinsiplərinin pozulması və təcavüz aktı olmaqla yanaşı, bütün sahilyanı ölkələrin təhlükəsizliyinə açıq təhdid hesab olunur.
İran tərəfi onu da vurğulayıb ki, Ukrayna hökuməti bu hadisəyə görə cavabdehlik daşıyır və bu cinayətin sifarişçiləri və icraçıları cəzalandırılmalıdır.
Haşim Rahimi İran Ukrayna XİNMənbə: apa.az