Əraqçi Kallasla regional və beynəlxalq məsələləri müzakirə edib

Əraqçi Kallasla regional və beynəlxalq məsələləri müzakirə edib

Tarix: 26 Jul 2026 01:25

İran İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi ilə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas arasında telefon danışığı olub.

APA-nın Tehran bürosunun məlumatına görə, İran Ukraynanın Xəzər dənizində İran gəmisinə hücumunu qətiyyətlə pisləyib

Tərəflər söhbət zamanı regional və beynəlxalq gündəmdə olan son hadisələr ətrafında fikir mübadiləsi aparıblar.

Əraqçi BMT Təhlükəsizlik Şurasını, Avropa İttifaqını və beynəlxalq ictimaiyyəti bu addıma sərt reaksiya verməyə, həmçinin hadisənin icraçılarını və onları dəstəkləyənləri məsuliyyətə cəlb etməyə çağırıb.

Tərəflər həmçinin İran Silahlı Qüvvələrinin ABŞ-ın İrana qarşı hücumlarına cavabından sonra Fars körfəzi və Hörmüz boğazında yaranmış vəziyyətə toxunaraq, gərginliyin idarə olunması üçün diplomatik təşəbbüslərin vacibliyini vurğulayıblar.

Haşim Rahimi İran Avropa Əraqçi Kallas

Mənbə: apa.az

Xəbər Lenti