Bazar, 26 İyul, 2026
Tarix: 26 Jul 2026 01:13
Şənbə axşamı pilotsuz uçuş aparatı İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin evinin yaxınlığında, İordan çayının qərb sahilindəki Kiryat Arba qəsəbəsinin Givat HaAvot məhəlləsində yerə düşüb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Bu barədə mənbələrə istinadən “Ynet” portalı məlumat yayıb.
İsrail ordusu PUA-nı hadisə yerindən götürüb. İlkin araşdırmaya əsasən, aparatın üzərində partlayıcı maddə olmayıb və onun mənşəyi ilə bağlı araşdırma aparılır.
Kəşfiyyat orqanları hadisənin texniki nasazlıq, yoxsa qəsdən həyata keçirilmiş uçuş olduğunu araşdırır.
İsrail PUAMənbə: apa.az