Bazar, 26 İyul, 2026
Tarix: 26 Jul 2026 09:54
Rusiya qoşunları bu gün səhər saatlarında Krivoy Roqda yerləşən ticarət mərkəzini "Shahed" tipli pilotsuz uçuş aparatı ilə vurub.
Ukrayna mediasının verdiyi məlumata görə, hücum nəticəsində şəhərdə yerləşən ticarət mərkəzlərindən birində yanğın baş verib. Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanja məlumatına görə, saat 06:50 radələrində Ukrayna Hərbi Hava Qüvvələri "Shahed" tipli uçuş aparatlarının Krivoy Roq istiqamətində hərəkət etdiyini açıqlayıb. Bir neçə dəqiqə sonra şəhərdə partlayış səsləri eşidilib. Daha sonra daha bir neçə zərbə PUA-sının şəhərə doğru istiqamətləndiyi bildirilib.
Vilayət Hərbi Administrasiyası sonradan təsdiqləyib ki, hücum nəticəsində ticarət mərkəzində yanğın başlayıb. Hadisə zamanı xəsarət alanların olub-olmaması ilə bağlı məlumat dəqiqləşdirilir.
Krivoy Roq Ukrayna Rusiya Shahed pilotsuz uçuş aparatı PUA ticarət mərkəzi yanğın Dnepropetrovsk müharibə son dəqiqə dünya xəbərləri
Mənbə: apa.az