Kürdəmirdə zəncirvari yol qəzası olub, yaralılar var

Kürdəmirdə zəncirvari yol qəzası olub, yaralılar var

Tarix: 26 Jul 2026 11:08

Kürdəmirdə zəncirvari yol qəzası olub, xəşarət alanlar var.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Daewoo" markalı avtomobil yol kənarında dayanmış "VAZ-2106" markalı avtomobilə, daha sonra eyni markalı digər "VAZ"a çırpılıb.

Nəticədə "VAZ"lardan biri yoldan çıxaraq aşıb. Qəza zamanı rayon sakinləri — 27 yaşlı Əlismayıl Əliyev və 34 yaşlı Kamran Məmmədov müxtəlif bədən xəsarətləri alıblar. Zərərçəkənlər Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Zahid Abışov

Mənbə: apa.az

Xəbər Lenti