ABŞ, Yaponiya və Filippin Cənubi Çin dənizində birgə hərbi təlimlərə başlayıb

ABŞ, Yaponiya və Filippin Cənubi Çin dənizində birgə hərbi təlimlərə başlayıb

Tarix: 26 Jul 2026 12:41

ABŞ, Yaponiya və Filippin hərbi qüvvələri Cənubi Çin dənizində növbəti birgə dəniz təlimlərinə start veriblər.

Reuters xəbər verir ki, təlimlərin məqsədi üç ölkənin silahlı qüvvələri arasında qarşılıqlı fəaliyyətin gücləndirilməsi, dəniz təhlükəsizliyinin artırılması və regionda birgə əməliyyat imkanlarının təkmilləşdirilməsidir.

Filippin Silahlı Qüvvələrinin yaydığı məlumata görə, təlimlərdə ölkənin "Antonio Luna" freqatı, helikopterlər və döyüş təyyarələri iştirak edir. Yaponiya P-3 Orion patrul təyyarəsini, ABŞ isə idarəolunan raketlərlə təchiz edilmiş USS Dewey esminesini və P-8 Poseidon patrul təyyarəsini bölgəyə göndərib.

Təlim proqramına dənizdə yanacaq doldurma, birgə hava patrulları, rabitə və koordinasiya məşqləri, eləcə də müxtəlif taktiki manevrlər daxildir. Filippin ordusu bildirib ki, bu fəaliyyət tərəfdaş ölkələrin dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığını daha da möhkəmləndirir.

ABŞ Yaponiya Filippin Cənubi Çin dənizi hərbi təlim USS Dewey P-8 Poseidon P-3 Orion dəniz təhlükəsizliyi Çin

Mənbə: apa.az

Xəbər Lenti